Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zelenski Medvedçuku ukraynalı əsirlərlə dəyişməyi təklif etdi

Baxılıb: 242     Tarix: 13-04-2022 15:14   

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinə dünən saxlanılan rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuku əsir götürülən ukraynalılar ilə dəyişməyi təklif edib.
Qanunvehedef.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.
“Hüquq-mühafizə orqanlarımız və hərbçilərimizin də belə bir ehtimalı nəzərdən keçirməsi vacibdir”, - deyə o söyləyib.
Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenkonun sözlərinə görə isə, Medvedçuku ukraynalı əsirlərlə dəyişməzdən əvvəl ondan ifadə almaq və məhkəmənin hökmünü gözləmək lazımdır.
Xatırladaq ki, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar