Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Çoxdankı arzum idi ki, Azərbaycana gəlim” - UFC döyüşçüsü

Baxılıb: 240     Tarix: 13-04-2022 16:11   

Bakıda səfərdə olan Qazaxıstanın Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin mətbuat konfransı keçirilib.
Qanunvehedef.az xəbər verir ki, o, əvvəlcə ölkəmizə səfəri barədə danışıb: “Çox sevinirəm ki, bura gəlmişəm. Bakı çox gözəl şəhərdir, istiqanlı şəhərdir”.
- Səfərinizin məqsədi nədir? Sizi Azərbaycana kim dəvət edib?
- Gənclər və İdman Nazirliyi tərəfindən dəvət olunmuşam. Burada dostlarım var. Onlarla əlaqə saxlayırdıq. Çoxdankı arzum idi ki, Azərbaycana gəlim. Çünki burada olmamışdım.
- Koronavirusa görə son döyüşünüzü buraxdınız. Özünüzü necə hiss edirsiz?
- Artıq bərpa olunmuşam. Hər şey normaldır. Əsas mərhələyə hazırlaşıram.
- Azərbaycanda döyüş keçirmək planınız yoxdur?
- Bilirəm ki, Azərbaycanda azarkeşlərimiz çoxdur. Planlar var, amma bu, məndən asılı məsələ deyil.
- Azərbaycan döyüşçülərinin MMA-da iştirak potensiallarını necə görürsünüz?
- Azərbaycanda yaxşı idmançılar var. Bunun üçün potensial da, baza da var. Yaxşı cüdoçular, güləşçilər var. Hansı ki, onlar Olimpiya mükafatları qazanıblar. Tofiq Musayev, Nəriman Abbasov kimi idmançıların adlarını çəkə bilər. Onlar Rusiyada çox qələbə qazanıblar. MMA burada inkişaf edəcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar