Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə-Ermənistan nümayəndələri bu şəhərdə görüşəcək

Baxılıb: 228     Tarix: 14-04-2022 14:29   

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün təyin olunan xüsusi nümayəndələrin növbəti görüşü Vyana şəhərində keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının canlı efirində açıqlayıb.
“Əgər münasibətlərin normallaşmasından danışırıqsa, nəyə görə görüşləri Türkiyə və yaxud Ermənistanda keçirməyək? Biz buna hazır olduğumuzu bildirmişik”, - deyə Çavuşoğlu söyləyib.
Xatırladaq ki, Türkiyə və Ermənistan iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin ediblər. Sözügedən xüsusi nümayəndələr Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.
Sözügedən görüş nümayəndələr arasında sayca üçüncü olacaq. Belə ki, Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş yanvarın 14-ü Moskvada, ikinci görüş isə fevralın 24-ü Vyanada keçirilib.



{sape_links}{sape_article}