Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

124 ilan saxlayan kişini onlardan biri sancıb ÖLDÜRDÜ

Baxılıb: 368     Tarix: 19-04-2022 09:16   

ABŞ-ın Merilend ştatında 124 ilan saxlayan 48 yaşlı kişini onlardan birinin sancması nəticəsində ölüb.
Qanunvehedef.az-ın Lent.az-a istinadla məlumatına görə, ilan həvəskarının yoxa çıxmasını qonşusu görüb. Qonşusu onu çoxdan görmədiyindən pəncərədən baxıb və yerdə uzandığını görüb. Daha sonra təcili yardım çağırıb.
Polislər də evə gələndə kişinin öldüyü məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 124 ilan, o cümlədən dörd metrlik tünd pələng pitonu tapıblar. Onların hamısı qəfəsdə saxlanılırmış.
Polisin məlumatına görə, kişi bədbəxt hadisə nəticəsində ölüb. Ölümün səbəbi ilan sancması olub.
Heyvanların mühafizəsi xidmətinin nümayəndələri sürünənlərin böyük kolleksiyasını yoxlayıb. Məlum olub ilanların bəziləri saxlanılması qadağan edilən zəhərli növlərə aiddir. Tapılan ilanlar arasında pitonlar, çınqıllı ilanlar (adını quyruğunun ucunda yerləşən çınqıldan almışdır), kobralar və qara mambalar da olub.
Zəhərli olmayan ilanlar Virciniyaya göndərilib, zəhərli ilanlar isə Şimali Karolinadan olan mütəxəssisə təhvil verilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar