Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə ordusu şəhid verdi

Baxılıb: 490     Tarix: 19-04-2022 10:26   

Türkiyənin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, baş leytenant Ömer Delibaş terrorçular tərəfindən yerləşdirilən əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan Delibaşın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Kürdüstan İşçi Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb. “Pençe Kilit Operasyonu” adı verilən əməliyyat İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində həyata keçirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar