Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tramp Rusiya və Ukraynanı danışıqlara çağırıb

Baxılıb: 476     Tarix: 19-04-2022 11:34   

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya və Ukraynanı müharibəni danışıqlar yolu ilə həll etməyə çağırıb.
Sabiq prezident bildirib ki, indi artıq razılaşma əldə edilməlidir.
"Bu müharibə heç vaxt baş verməməli idi, amma oldu. Bu müharibənin həlli yolu atışmalar başlamazdan əvvəl təxmin edildiyi qədər müsbət olmayacaq, amma yenə də həll yolu var", – deyə o açıqlama verib.
Tramp onu da əlavə edib ki, Kiyev və Moskva danışıqlar masasına oturmasalar, o zaman "ölüm, dağıntı və qan tökülməsindən" başqa heç nə qalmayacaq.
Bundan əvvəl Amerikanın keçmiş prezidenti bildirib ki, Şimali Atlantika Alyansı (NATO) münaqişə fonunda tam fəaliyyətsizlik nümayiş etdirərək, Ukraynada qan tökülməsinin qarşısının alınması yönündə missiyasını yerinə yetirə bilməyib.
"Düşünürəm ki, 100 ildən sonra insanlar geriyə baxıb deyəcəklər: biz geri çəkildik, NATO geri çəkildi, mən isə bir çox cəhətdən alyansı kağız pələngi adlandırardım", – deyə o fikrini tamamlayıb./Oxu.az

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar