Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Tramp keçmiş yoldaşının dəfnində vergidən yayınır

Baxılıb: 651     Tarix: 01-08-2022 13:15   

ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş həyat yoldaşı İvana Trampın cəsədini Nyu Cersidəki özünə aid qolf klubunda basdırıb. Trampın vergi güzəştindən yararlanmaq üçün bu dəfn yerini seçdiyi iddia edilir. Qəbiristanlıqlar dövlət qanunlarına əsasən vergidən azaddır.
Qanunvehedef.az verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın birinci həyat yoldaşı və 3 uşaq anası İvana Tramp iyulun 14-də evində nərdivandan yıxılaraq 73 yaşında vəfat edib.
Donald Tramp və uşaqları, həmçinin həyat yoldaşı Melaniya Tramp iyulun 20-də İvana Trampın dəfn mərasimində iştirak ediblər.
Donald Tramp mərasimdən sonra cəsədi Nyu Cersidəki özünə aid qolf klubunda basdırıb. İddia olunur ki, Tramp vergi güzəştindən istifadə etmək üçün İvana Trampı qolf klubunda basdırıb.
Nyu Cersi qanunlarına görə, qəbiristanlıqlar gəlir, daşınmaz əmlak və satış vergisindən azaddır.
Qeyd edək ki, qanunda qəbirlərin sayı qeyd olunmur. Yəni mülkün üzərində bircə qəbir olsa belə qəbiristanlıq sayılması kifayətdir. Tramp daha əvvəl yerli hökumətlə razılaşmaya əsasən qolf klubunu "ferma ərazisi" kimi qeydiyyatdan keçirərək vergi güzəştlərindən istifadə etmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar