Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qadın ərinin məşuqəsini məhkəməyə verdi - 560 min dollar alacaq

Baxılıb: 442     Tarix: 03-08-2022 09:37   

Çinin Çjuanxe şəhərində maraqlı hadisə baş erib: Li adlı qadın əri Vanın məşuqəsi Syaosyanı məhkəməyə verib və yoldaşının ona xərclədiyi bütün pulu və hədiyyə etdiyi qiymətli əşyaları geri qaytarmağı tələb edib.
Qanunvehedef.az BiG.AZ-a istinadən xəbər verir ki, məhkəmə qeyri-qanuni münasibətdə olan Syaosyanın 3,79 milyon yuan (560.000 dollar) ödəməsinə dair hökm çıxarıb.
Məsələ burasındadır ki, Çin qanunlarına əsasən, nikahda olan ər və arvadın heç biri ortaq mülkdən bir-birinin razılığı olmadan xərcləyə bilməz.
1991-ci ildən Vanla ailə quran Li isə ərinin 2008-ci ildən başqasıyla münasibətdə olduğu barədə cəmi bir neçə il öncə xəbər tutub və Syaosyaya pul xərcləməyə icazə verməyib.
Van Syaosyaya mütəmadi olaraq pul göndərib. Kişi bu münasibətdən dünyaya gələn 10 yaşlı oğlunun olduğunu və onları uzun illər ərzində saxladığını da etiraf edib.
Belə ki, Van 2013-cü ildən 2020-ci ildək məşuqəsinin hesabına 1,47 milyon yuan (217,700 dollar) pul köçürüb, ümumi dəyəri 1,45 milyon yuan (214,700 dollar) olan iki mənzil alıb, eləcə də ona qiyməti 870.000 yuan (128.800 dollar) olan avtomobil hədiyyə edib.
Syaosya Vanın evli olduğunu bilmədiyini deyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar