Xəbər lenti
02/09/2025 [14:09]
Sabah hava necə olacaq?
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Pelosinin Tayvana səfəri qıcıq yaradır” - Lavrov

Baxılıb: 589     Tarix: 03-08-2022 14:14   

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini ABŞ-ın Çini qıcıqlandırmaq üçün qəsdən cəhdi adlandırıb.
Qanunvehedef.az “Röyters”ə istinadən xəbər verir ki, Lavrov bu barədə Myanmaya səfəri zamanı deyib.
“Mən belə bir qıcıqlanma yaratmaq üçün başqa səbəb görmürəm, çünki bunun Çin Xalq Respublikası üçün nə demək olduğunu çox yaxşı bilirəm”, - deyə Lavrov bildirib.
Qeyd edək ki, bir neçə gündür ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyi xəbəri dünya gündəmindədir. Ötən gün isə Tayvana səfər edən 82 yaşlı siyasətçi bu addımı ilə Çin hakimiyyətini qəzəbləndirib, nəticədə ABŞ ilə gərginlik artıb. Çinin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Pelosinin Tayvana səfərini Çinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi dəyərləndirib.
Xatırladaq ki, respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu sədri olub. Pelosi həmin ildən sonra Tayvana səfər edən ilk ABŞ rəsmisidir.шаблоны для dle 11.2