Xəbər lenti
02/09/2025 [14:09]
Sabah hava necə olacaq?
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İki yük gəmisi Ukraynadan yola düşdü

Baxılıb: 602     Tarix: 08-08-2022 12:13   

Bazar ertəsi səhər saatlarında kənd təsərrüfatı məhsulları daşıyan iki yük gəmisi Ukraynadan yola düşüb.
B barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter"də bildirib.
"11 min ton soya ilə İtaliyaya yola düşəcək "SACURA" quru yük gəmisi və 48,5 min ton qarğıdalı ilə Türkiyənin İsgəndərun limanına gedən "ARIZONA" bazar ertəsi Ukraynanın Yujnı və Çernomorsk limanlarından yola düşüb".
Bazar günü gəmilərin Ukraynadan çıxmasına Birgə Koordinasiya Mərkəzi tərəfindən icazə verilib. Qaydalara əsasən, kənd təsərrüfatı məhsulları yükü ilə İstanbula gələn bütün gəmilər Mərkəzin nümayəndələri tərəfindən yoxlanılır. Oxşar prosedur Ukraynaya gedən quru yük gəmilərinə də tətbiq edilir.
Türkiyə Müdafiə Nazirliyi onu da bildirib ki, bazar günü Ukraynadan çıxan kənd təsərrüfatı məhsullarını daşıyan dörd quru yük gəmisi bazar ertəsi axşam İstanbula gələcək. Onlar orada yoxlanılacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2