Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İrəvanda Laçını tərk edən erməni sakinlərinə dəstək aksiyası keçirilib

Baxılıb: 521     Tarix: 09-08-2022 10:52   

İrəvanda bir qrup fəal Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi qərarına etiraz edir.
İrəvanda hökumət binası yaxınlığında Laçın dəhlizi ərazisində yerləşən Laçin, Zabux və Sus qəsəbələrinin sakinlərinə dəstək aksiyası keçirilir. Onlar Ermənistan hakimiyyətindən "məğlubiyyət siyasətini bir kənara qoyub, Qarabağ sakinlərinin hüquqlarını və mülkiyyətini qorumağa başlamağı" tələb edirlər.
Əvvəllər məlum olub ki, bu qəsəbələrin sakinləri avqustun 25-dək təxliyyə olunacaqlar. Bəzi məlumatlara görə, "mülki müdafiə tədbirləri çərçivəsində" sakinlərin təxliyyə edildiyi rəsmən bildirilsə də, ərazilərin Azərbaycana verilməli olduğu məlumdur.
"İnsanlar 30 ildir mübarizə apardıqları evlərini tərk etmək məcburiyyətində qalacaqlar. İndi heç bir hüquqi qüvvəsi olmayan qələmin bir zərbəsi ilə erməniləri Laçən, Zabux və Susdan çıxarıb yolu dəyişdirmək istəyirlər. Bütün bunların 9 noyabr 2020-ci il elanına uyğun olaraq edildiyi bildirilir. Amma bu bəyanatda evdən çıxarılmadan bəhs edilmir", - deyə etirazçılardan biri Narek Ayvazyan bildirib.
O, Ermənistan hökumətinin siyasətinin qəbuledilməz olduğunu, "dinc dövr" bəhanəsi ilə insanların öz ev-eşiyindən, doğma yurdundan didərgin salındığını bəyan edib. Ayvazyan Ermənistan vətəndaşlarını aksiyaya qoşulmağa və Qarabağ ermənilərinin yanında durmağa çağırıb.
O, həmçinin əmindir ki, məsələ faktiki olaraq beynəlxalq strukturların, o cümlədən ATƏT-in Minsk Qrupunun və beynəlxalq sülhməramlıların köməyi ilə həll edilməlidir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər