Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FTB Trampın iqamətgahında axtarış apardı

Baxılıb: 632     Tarix: 09-08-2022 16:25   

ABŞ-ın sabiq Prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahənda Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən axtarış aparılıb.
Qanunvehedef.az “BBC”yə istinadən xəbər verir ki, əməliyyat Trampın Ağ Evdən çıxarkən təhvil verməli olduğu sənədlərin axtarışı ilə bağlı olub.
Adı açıqlanmayan hüquq-mühafizə orqanı rəsmisinin məlumatına görə, axtarış zamanı Trampı qorumalı olan mühafizəçilər də FTB müstəntiqlərinə kömək ediblər.
Axtarış zamanı bir neçə qutu götürülüb və bəzi sənədlər ələ keçirilib.
Bürodan Konqresə bildirilib ki, qutularda məxfi milli təhlükəsizlik məlumatlarının olduğu əşyalar olub.
Daha sonra Tramp FTB agentlərinin Mar-a-Laqoda olduğunu təsdiqləyib: “Mənim gözəl evim, Florida ştatının Palm-Biç şəhərindəki Mar-A-Laqo hazırda mühasirədədir, FTB agentlərinin böyük bir qrupu tərəfindən basqın və işğal altındadır. Onlar hətta seyfimi sındırıblar. Bu, millətimiz üçün qaranlıq vaxtlardır. Əvvəllər heç bir ABŞ Prezidentinin başına belə bir şey gəlməyib”.
“CNN” xəbər verir ki, axtarış zamanı Tramp Floridada olmayıb. FTB-nin reydi avqustun 7-i səhər saatlarında başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq Prezidentin ofisləri və şəxsi otaqlarının yerləşdiyi klub ərazisində cəmləşib.
Ağ Evin sözçüsü Trampın iqamətgahına basqın barədə ona məlumat verilmədiyini bildirib.
“The New York Times” nəşrinin məlumatına görə, ABŞ Milli Arxivi bir neçə ay ərzində 15 qutu sənədin geri qaytarılmasını tələb edib və bu sənədlərin məhv edilməsi təhlükəsi olduğuna görə FTB-yə müraciət ünvanlayıb.
Bu arada bildirək ki, Mar-a-Laqo 1927-ci ildə inşa olunub, 2019-cu ilin noyabrından etibarən rəsmən Tramp ailəsinə məxsusdur.
Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden, həm də Tramp 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edəcəklərini artıq elan ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar