Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb

Baxılıb: 640     Tarix: 16-08-2022 12:06   

"Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur".
"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. O, müqavilənin nə zaman imzalandığını açıqlamayıb.
Şuqayev hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.
Xatırladaq ki, S-400-lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da, Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin S-400-lərin Ukraynaya verilməsini təklif edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar