Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ Lavrova viza vermədi

Baxılıb: 480     Tarix: 18-08-2022 10:12   

“Amerika Birləşmiş Ştatları BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək tədbirlərdə iştirak edənlərə vizaların verilməsində xüsusi məsuliyyət daşıdığını başa düşür”.
Qanunvehedef.az “RBC”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında iştirak planlarını şərh edərkən deyib.
Prays ABŞ-ın Rusiya nümayəndə heyətinin üzvlərinə, eləcə də şəxsən xarici işlər naziri Sergey Lavrova viza verməyə hazır olduğunu təsdiqləməyib.
Eyni zamanda o, ölkənin Vaşinqtondakı səfiri Anatoli Antonovun departamentə səfəri zamanı viza məsələsini müzakirə etməyə hazırlaşdığını bildirən bəyanatı da şərh etməyib.
Qeyd edək ki, sentyabrın 20-dən 26-dək BMT Baş Assambleyasının 77-ci sessiyası keçiriləcək. Bu il sessiya əvvəlki iki ildən (COVID-19 pandemiyasına görə) fərqli olaraq əyani formatda keçiriləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər