Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsveç rusiyalılara viza verilməsinə tamamilə qadağa qoyulmasına qarşı çıxıb

Baxılıb: 706     Tarix: 22-08-2022 09:40   

İsveç hökuməti məhdudiyyətlər görmək istəyir, lakin Rusiya vətəndaşlarına vizaların verilməsini tam dayandırmaq istəmir.
“Report”un İsveç mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin miqrasiya naziri Anders İqeman bildirib.
"Düşünürəm ki, viza verilməsini tam dayandırmağın həyata keçirilməsi çətin və uğursuz olardı", - İqeman deyib.
Nazirin sözlərinə görə, Rusiya vətəndaşlarına vizalarının verilməsinin tamamilə dayandırılması səhvlərə yol aça bilər.
"Biz istəyirik ki, sanksiyalar ilk növbədə Rusiyanın siyasi və iqtisadi elitasına zərbə vursun. Əgər vizanın tam dayandırılmasını tətbiq etsəniz, bu, dissidentlərin və ya tədqiqatçıların Aİ ölkələrinə gələ bilməyəcəyinə səbəb olacaq, mübadilə Rusiya ilə bizə lazım ola bilər", - nazir əlavə edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}