Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Rusiyadan pul köçürmək istəyənlərin nəzərinə!

Baxılıb: 847     Tarix: 22-08-2022 15:16   

Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.
Qanunvehedef.az xəbər verir ki, vətəndaşlar “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərini respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.
İlkin mərhələdə “Granat” pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən pulköçürmə sistemi Rusiyada hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar