Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“İran Rusiyaya döyüş PUA-ları göndərib”

Baxılıb: 751     Tarix: 30-08-2022 11:07   

İran Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını göndərib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” yayıb.
Sözügedən PUA-ların Ukraynaya qarşı müharibədə istifadə olunacağı ehtimal edilir.
Məlumata görə, PUA-ları daşıyan Rusiyanın yük təyyarələri avqustun 19-u İrandan ölkəyə doğru yola düşüb.
Bildirilir ki, burada söhbət əsas olaraq “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatlarından gedir. Bu PUA-lar isə radiolokasiya sistemləri, artilleriya qurğuları və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulub.
Bununla belə, nəşr ABŞ kəşfiyyatında olan mənbələrə istinadən yazır ki, Rusiya ordusu İrandan əldə etdiyi PUA-ların işində çoxsaylı problemlə üzləşib.
Mənbə qeyd edib ki, ilkin sınaqlardan sonra rusiyalı hərbçilər İran PUA-larından narazı qalıb. Çünki aparatların bəziləri istifadəyə yararsız olub. Bununla belə, ABŞ Rusiyanın İrandan yüzlərlə belə PUA almaq niyyətində olduğunu hesab edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar