Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Çinin sabiq ədliyyə naziri ölüm hökmünə məhkum edilib

Baxılıb: 609     Tarix: 22-09-2022 11:11   

Çin məhkəməsi ölkənin sabiq ədliyyə naziri, ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Fu Çjenxua barəsində ölüm hökmü çıxarıb.
APA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Hökm iki illik möhlətlə icra olunacaq. İki illik möhlət bitəndən sonra cəza ömürlük həbslə əvəzlənə bilər.
Sabiq nazir rüşvət və korrupsiya əməllərində təqsirli bilinir. İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək 117 milyon yuan (16,5 milyon dollar) rüşvət almaqda günahkar hesab olunur.
Qeyd olunur ki, sabiq nazir günahını etiraf edib, əməlindən peşman olduğunu bildirib, qeyri-qanuni əldə etdiyi vəsaiti qaytarıb.
Fu Çjenxua 2013-2018-ci illərdə ictimai təhlükəsizlik nazirinin müavini, 2018-2020-ci illərdə Çin Xalq Respublikasının ədliyyə naziri vəzifəsində çalışıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar