Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin taktiki nüvə silahından istifadə edə bilər

Baxılıb: 803     Tarix: 26-09-2022 11:29   
 
 "Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər".Qanunvehedef.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Nyu-York times" nəşrinin məqaləsində qeyd edilib.
"Düzdü, Rusiya dövlət başçısının hələ ki, belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilməyib", - məqalədə bildirilib.
Ekspertlərin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyasını da nəzərə almalıdır: "Bu dövlətlərin liderləri Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı ən sərt tənqidlər səsləndiriblər".
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar