Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Şimal axını”nda iki güclü partlayış baş verib

Baxılıb: 532     Tarix: 30-09-2022 11:20   

“Sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində trotil ekvivalenti ilə ümumi gücü 1000 kiloqramdan çox iki partlayış baş verib”. 
Qanunvehedef.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bu nəticəyə danimarkalı məmurlar gəlib.
Qəzet yazır ki, Danimarka nümayəndələri bu iddialarını çərşənbə günü axşam NATO ölkələrinin nümayəndələrinin görüşündə səsləndiriblər. Onların sözlərinə görə, qaz kəmərləri bu iki partlayış nəticəsində zərər görüb.
Bildirilir ki, elə həmin görüşdə NATO ölkələrinin nümayəndələri qaz kəmərlərində baş verən qəzanın arxasında çox güman ki Rusiyanın dayandığını da iddia ediblər.
Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar