Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Şimali Koreya Ukrayna vilayətlərindəki “referendum”u dəstəklədi

Baxılıb: 745     Tarix: 04-10-2022 10:33   

Şimali Koreya rəhbərliyi Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”ların nəticələrini dəstəkləyib.
Qanunvehedef.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çxol Su açıqlayıb.
“Rusiya ilə birləşməyi arzulayan insanların iradəsinə hörmət edirik və Rusiyanın bu bölgələri ölkənin bir hissəsi etməklə bağlı mövqeyini dəstəkləyirik”, - deyə Su qeyd edib.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.



{sape_links}{sape_article}