Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yaponiya Kadırov və Şoyqunun qohumlarına sanksiya tətbiq etdi

Baxılıb: 758     Tarix: 07-10-2022 10:41   

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Qanunvehedef.az Yaponiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, buna səbəb kimi Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini ilhaq etməsi göstərilir.
Məlumata görə, sanksiya siyahısına Rusiyadan 58 fiziki şəxs və 9 təşkilat, eləcə də yeni ərazilərlə əlaqəli daha 23 nəfər daxil edilib.
Yaponiyanın yeni sanksiyaları əsas olaraq Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiyanın Baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev və keçmiş gimnast Alina Kabayevanın qohumlarına şamil edilib.
Bildirilir ki, sözügedən şəxslər barəsində aktivlərin dondurulması kimi məhdudlaşdırıcı tədbirlər görüləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar