Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

Baxılıb: 747     Tarix: 07-10-2022 15:41   

İranda sentyabrın ortalarında əxlaq polisi tərəfindən saxlandıqdan bir müddət sonra dünyasını dəyişən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.
Qanunvehedef.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, tibbi ekspertizanın yaydığı məlumata görə, 22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.
Bildirilir ki, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub: “Sentyabrın 13-ü Əmini huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-tənəffüs reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib”.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar və iğtişaşlar baş verib.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar