Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Qazaxıstan öz səfirliyini Ukraynadan təxliyə etməyə hazırlaşır

Baxılıb: 892     Tarix: 11-10-2022 11:38   

Qazaxıstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyinin əməkdaşlarının təxliyə edilməsi məsələsini nəzərdən keçirir. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlayıb.
“Hazırda müzakirə olunan məsələ səfirliyin bağlanması deyil, səfirlik əməkdaşlarının təxliyyəsidir. Bu məsələ yaxın günlərdə həll olunacaq. Böyük ehtimalla əməkdaşlar tam olaraq təxliyə ediləcək”, - deyə Smadiyarov qeyd edib.
Bununla belə, diplomatik personalın məhz hansı şəhərə təxliyə olunacağı açıqlanmayıb.
Qeyd edək ki, Qazaxıstanın Kiyevdəki səfirliyi oktyabrın 10-u öz vətəndaşlarına müraciət edərək onları Ukraynaya səfər etməkdən çəkinməyə və imkan olduğu təqdirdə ölkəni tərk etməyə çağırıb.



{sape_links}{sape_article}