Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bir neçə ölkənin diplomatı Rusiya XİN-ə çağırıldı

Baxılıb: 616     Tarix: 13-10-2022 14:10   

Almaniya, Danimarka və İsveçin Moskvadakı diplomatik missiyalarının rəhbərləri son günlər Rusiya XİN-ə çağırılıb. 
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın “Şimal axını” qaz boru kəmərlərində baş verən qəza ilə bağlı araşdırmalarda iştirakına icazə verilməməsidir.
Rusiya XİN bildirib ki, ABŞ-da daxil olmaqla digər ölkələrin sözügedən araşdırmalarda iştirakına dair məlumatlar yayılıb.
Nazirlik qeyd edib ki, əgər rusiyalı mütəxəssislər “Şimal axını” ilə bağlı araşdırmalarda iştirak etmirsə, Moskva bu araşdırmaların nəticəsini tanımır.
Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Avropa İttifaqı, həmçinin bəyan edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, qəsdən törədilmiş hərəkətlərin nəticəsidir.
Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 10-u bildirib ki, Rusiyanın “Şimal axını” qaz kəmərlərində baş verən partlayışla bağlı araşdırmada iştirakına icazə verilmir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər