Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya Müdafiə Nazirliyi və BMT rəsmiləri taxıl müqaviləsini müzakirə etdi

Baxılıb: 840     Tarix: 17-10-2022 19:05   

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə Ukrayna taxılına dair sazişin icra prosesini müzakirə edib.
Qanunvehedef.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Fominin Qriffitslə paytaxt Moskvada görüşdüyü bildirilib.
“Tərəflər bir-biri ilə əlaqəli Ukrayna limanlarından taxıl çıxarılması layihəsini və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına dair sazişlərin həyata keçirilməsini müzakirə ediblər”, - məlumatda deyilir.
Açıqlamada taxıl müqaviləsinin uzadılmasının mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsindən asılı olduğu vurğulanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar