Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zatulinin Ermənistana girişinə qadağa qoyuldu

Baxılıb: 831     Tarix: 25-10-2022 15:07   

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.
Məlumata görə, siyasətçi Ermənistanda “persona non-qrata” elan olunub.
Nəşrin iddiasına görə, Zatulin Ermənistan hökumətini 44 günlük müharibədə məğlubiyyətdə ittiham edib, ölkənin daxili işlərinə qarışaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
K.Zatulin isə öz növbəsində Ermənistanın bu qərarına münasibət bildirərək bunu təhqiredici hərəkət kimi qiymətləndirdiyini açıqlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar