Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İran Səudiyyə Ərəbistanına hücuma hazırlaşır - İddia

Baxılıb: 872     Tarix: 02-11-2022 10:18   

İran Səudiyyə Ərəbistanına hücum etməyə hazırlaşır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” qəzeti yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı İranın hücuma hazırlaşdığı ilə bağlı kəşfiyyat məlumatları əldə edib və bu barədə ABŞ-ı məlumatlandırıb.
Bildirilir ki, İran Səudiyyə Ərəbistanı ilə yanaşı, İraqın Ərbil şəhərinə hücumlar təşkil etməyi planlaşdırır.
“Bununla da, İran diqqəti ölkə daxilində baş verən etirazlardan yayındırmağa çalışır”, - deyə qəzet yazıb.
İranın hücuma hazırlığına cavab olaraq, Səudiyyə Ərəbistanı, ABŞ və bir neçə qonşu dövlət öz Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırıblar.
Xatırladaq ki, sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Hazırda etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. 



{sape_links}{sape_article}