Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Təbrizdə hökumət qüvvələri azərbaycanlı tələbəni öldürdü - FOTO

Baxılıb: 979     Tarix: 18-11-2022 11:58   

Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, o, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.
Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib.
Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib.
Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib.
Qeyd edək ki, etirazlar başlayandan noyabr ayının 16-dək İranda öldürülənlərin sayı 362 nəfərə çatıb./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar