Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Google" işçilərin kütləvi ixtisarını planlaşdırır

Baxılıb: 908     Tarix: 25-11-2022 10:20   

ABŞ-nin "Google" şirkəti ("Alphabet Inc"in bir hissəsi) ən pis faydalı iş əmsalı (KPI - Key Performance Indicator) göstəricilərinə malik 10 000 işçini və ya işçilərin ümumi sayının 6%-ni ixtisar etmək niyyətindədir.
Bundan əvvəl bir çox digər İT nəhəngləri, o cümlədən "Meta", "HP Inc." və "Cisco Systems Inc." də genişmiqyaslı ixtisarlar barədə bildiriblər.
"Google" nümayəndələri mümkün ixtisarlarla bağlı şərh verməyiblər.
"Google" sektorun digər şirkətləri kimi xidmətlərinə tələbatın kəskin artması fonunda koronavirus pandemiyası zamanı işçilərin sayını fəal şəkildə artırdı. Bu da öz növbəsində əməliyyat xərclərinin çoxalmasına səbəb olub./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar