Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Braziliyada torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb

Baxılıb: 599     Tarix: 01-12-2022 13:44   

Braziliyada magistral yolda baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, onlarla insan itkin düşüb.
Qanunvehedef.az BBC-yə istinadən xəbər verir ki, Parana əyalətində BR-376 magistral yoluna düşən palçıq qalaqları azı 16 avtomobilə çırpılıb.
Hadisə yerində olan xilasedicilər bildiriblər ki, əlverişsiz hava şəraiti və hadisə yerinin uzaqda olması onların işlərini çətinləşdirib.
Yerli hakimiyyət orqanları 30-50 nəfərin itkin düşdüyünü bildirib.
Hadisə zamanı sahilyanı Quaratuba şəhərinin meri Roberto Yustus da daxil olmaqla 6 nəfər sağ qalıb.
Sosial şəbəkədə paylaşdığı videoda Yustus Allahın hikməti ilə sağ qaldığını deyib.
Havadan çəkilmiş görüntülərdə magistral yolu və üzərindəki maşınları sürükləyən sürüşmənin vurduğu ziyan görünür.
Milli Meteorologiya Xidməti INMET ölkənin bir sıra ştatlarında güclü yağış xəbərdarlığı edib və daha çox sürüşmənin mümkün ola biləcəyini bildirib.шаблоны для dle 11.2