Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"MİNSK QRUPUNU DƏFN EDİBLƏR" - "Erməni həmkarlarımız hərdən xatırlayanda..."

Baxılıb: 570     Tarix: 01-12-2022 15:23   

"Mənə təsəvvür etmək çətindir ki, ancaq Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə etmək olar"
Rusiyanın Azərbaycanla-Ermənistan arasındakı münasibətlərin normallaşmasında vasitəçilik missiyasına paralel olaraq biz digər oyunçuların bu prosesə maneə olmaq cəhdlərini görürük.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bununla bağlı heç bir problem yaşamamışıq. Qərb xüsusi hərbi əməliyyat başlayandan sonra Paris və Vaşinqtonun dili ilə rəsmi bəyan ediblər ki, onlar Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bitdiyini elan ediblər. Ona görə də, bizim erməni həmkarlarımız hərdən Minsk Qrupunu xatırlayanda, biz onlara deyirik ki, sualı bizə yox, ABŞ-a və Fransaya verin. 
Əlbəttə ki, sual həm də Azərbaycanadır. Ona görə ki, Azərbaycanın iştirakı olmadan hansısa vasitəçilik missiyası mənasızdır. İndi amerikalılar, fransızlar, ümumilikdə Avropa İttifaqı özləri tərəfindən dəfn olunan Minsk Qrupunu vasitəçilik xidmətlərinə maneə olmaqla, kompensasiya etməyə cəhd edir və Rusiyanın iştirakı ilə tərəflər arasında əldə olunan razılaşmaları özəlləşdirməyə çalışırlar. Misal üçün, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasını keçirirlər. Azərbaycanlılar və ermənilər mədəni insanlardır. Onlar ora gedirlər. Amma mənə təsəvvür etmək çətindir ki, ancaq Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə etmək olar, o deyib.
Lavrov bildirib ki, hazırda Minsk Qrupunu heç kəs xatırlamır“Hərdən Ermənistanda siyasi xadimlər xatırlayırlar. Minsk Qrupunu fransızlar və amerikalılar dəfn ediblər. Bizim burada heç bir günahımız yoxdur”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər