Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İranda SEPAH generalı həbs edildi

Baxılıb: 782     Tarix: 02-12-2022 12:36   

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirlərindən biri olan general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Məlumata görə, general saxlanılmazdan əvvəl təhlükəsizlik qüvvələri onun evinə hücum edib və şəxsi əşyalarını müsadirə edib.
Bildirilir ki, o daha əvvəl audiofayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə ittiham edib.
Onun sözlərinə görə, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı Əmininin ölümünə kəllə sümüyünün zədələnməsi diaqnozunu qoyublar.
İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri deyib ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi: “Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar