Yaponiya 5 illik müdafiə büdcəsini 50 faizdən çox artıracaq
Baxılıb: 614 Tarix: 06-12-2022 14:25
Yaponiya 2023-2027-ci illəri əhatə edəcək müdafiə büdcəsini 50 faizdən çox artıraraq 43 trilyon yenaya (318 milyard dollar) çatdırmağı planlaşdırır.
Qanunvehedef.az Sonxeber.az-a istnadən xəbər verir ki, hökumət ilin sonuna kimi "Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiənin Əsasları və Orta Müddətli Müdafiə Proqramı" kimi 3 milli doktrinanı yeniləməyi hədəfləyir.
Yaponiyanın baş naziri Kişida Fumio 5 illik müdafiə büdcəsini müzakirə etmək üçün müdafiə naziri Hamada Yasukazu və maliyyə naziri Suzuki Şuniçi qəbul edib.
Məlumdur ki, "maliyyə sağlamlığını" hədəfləyən Maliyyə Nazirliyi 35 trilyon yen, milli təhlükəsizliyi ön planda tutan Müdafiə Nazirliyi isə 48 trilyon yen büdcə nəzərdə tutur.
Nazirlərini bir araya gətirən Kişida, 5 illik milli müdafiə büdcəsinin 43 trilyon yen (318 milyard dollar) olaraq planlaşdırılmasını əmr etdi.
Planlaşdırılan həcm rəsmən qəbul olunarsa, müdafiə büdcəsi 50 faizdən çox artırılacaq.
Təlimatlara uyğun olaraq, hakim koalisiyanın büdcə təklifləri qəbul ediləcək və lazımi müdafiə imkanlarının təmin edilməsi üçün dərhal maliyyə vəsaiti əldə ediləcək.
Ən çox oxunanlar
Son xəbərlər