BƏƏ və Türkiyə texnologiya sahəsində əməkdaşlığı müzakirə edib
Baxılıb: 275 Tarix: 07-12-2022 15:26
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə qabaqcıl texnologiya və gələcək sənayelər sahələrində əməkdaşlığı müzakirə ediblər.
Qanunvehedef.az xəbər verir ki bu barədə BƏƏ-nin Xarici Ticarət üzrə naziri Sani bin Əhməd əl-Zeyudi Twitter hesabında məlumat yayıb.
"Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kacır ilə mühüm görüş keçirdim" ,- deyə Sani bin Əhməd əz-Zeyudi
Zeyudi qeyd edib ki, görüş zamanı iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinin təmin edə biləcəyi imkanlar çərçivəsində qabaqcıl texnologiya və gələcəyin sənayeləri kimi həyati əhəmiyyətli sahələrdə əməkdaşlıq yolları müzakirə edilib.
Sənaye və Texnologiya nazirinin müavini Kacır Twitter hesabından verdiyi açıqlamada Zeyudiyə iki qardaş ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına verdiyi güclü töhfəyə görə
təşəkkür edib.
Kacır başqa bir yazısında BƏƏ Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyinin müşaviri Ömer es-Suvaidi ilə BƏƏ ilə Türkiyə arasında investisiya və əməkdaşlıq imkanlarını müzakirə etdiklərini bildirib.
Nazir müavini Kacır, nazirlərin rəhbərliyi ilə həyata keçirilən işlərdə birlikdə atılacaq yeni addımları qiymətləndirdiklərini bildirdi.
Kacır, BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilən Kosmik Konfransda "Ar-Ge və İnnovasiya ekosisteminin və kosmik texnologiyaların inkişafda rolu, qlobal səviyyədə ədalətli və dinc kosmos qaydalarına ehtiyac mövzusunda danışdıqlarını qeyd edib.
Ən çox oxunanlar
Son xəbərlər