Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Paşinyan Şuşadakı aksiya ilə bağlı Təhlükəsizlik Şurasını topladı

Baxılıb: 404     Tarix: 13-12-2022 14:30   

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Məlumata görə, iclas zamanı Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və digərləri də iştirak edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar