Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Baxılıb: 606     Tarix: 27-12-2022 09:52   

Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç göstəriş verib.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Vuçiç Kosovo və Metohiya muxtar vilayətində yaranan vəziyyəti nəzərə alaraq belə bir qərar verib.
Bununla yanaşı qeyd olunur ki, Serbiya ordusu Kosovonun alban rəhbərliyinin serbiyalılara qarşı hücuma hazırlaşmağa davam etdiyindən döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd edək ki, Kosovo polisi bir neçə keçmiş serbiyalı polisi 1998-1999-cu illərdə münaqişə zamanı cinayət törətməkləri ittihamları ilə saxladıqdan sonra Kosovo və Metohiyada gərginlik yaranıb. Buna cavab olaraq Kosovoda yaşayan serbiyalılar avtomobil yollarında barrikadalar qurub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar