Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsrail əsgərləri bir fələstinlini ağır yaralayıb

Baxılıb: 728     Tarix: 29-12-2022 11:32   

İşğal altındakı İordan çayının qərb sahilinin cənubundakı Hebron vilayətində İsrail əsgərləri atəş açaraq bir fələstinli gənci ağır yaralayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Güllənin fələstinli gəncin sinəsindən girərək kürəyindən çıxdığı, gəncin sağlamlıq vəziyyətinin kritik olduğu açıqlanıb.
Şahidlər həmçinin bildiriblər ki, İsrail əsgərlərinin Beyt-Ummar qəsəbəsinə hücumu zamanı fələstinlilərlə əsgərlər arasında insidentlər baş verib.
Hadisə şahidləri İsrail əsgərlərinin onlara daş atan fələstinlilərə güllələrlə cavab verməsi nəticəsində bir nəfərin ağır yaralandığını bildirib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İordan çayının qərb sahilində bu ilin əvvəlindən İsrail əsgərləri 171 fələstinlini öldürüb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar