Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avropaya 8 milyona yaxın ukraynalı qaçqın gedib

Baxılıb: 253     Tarix: 05-01-2023 11:55   

Müharibə başlayandan bu yana Ukraynadan Avropa ölkələrinə gedən qaçqınların sayı 7 915 287 nəfərə çatıb. 
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Bildirilir ki, ötən həftə ərzində qaçqınların sayı 18 462 nəfər artıb.
Məlumata görə, ötən il fevralın 24-dən 2023-cü ilin yanvarın 3-nə qədər ən çox ukraynalı qaçqınları qəbul edən ölkə Rusiya olub. Belə ki, bu dövr ərzində Rusiyaya 2 852 395 qaçqın gedib. 100 mindən çox ukraynalı qaçqın qəbul edən digər ölkələr isə Polşa (1 553 707), Almaniya (1 021 667), Çexiya (476 025), İtaliya (173 231), İspaniya (164 705), Böyük Britaniya (152 200), Bolqarıstan (148 451), Fransa (118 994), Rumıniya (106 786), Slovakiya (105 205) və Moldova (102 103) olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar