Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Braziliyadakı iğtişaşlarda 400 nəfər saxlanıldı

Baxılıb: 356     Tarix: 09-01-2023 11:49   

Yanvarın 8-i Braziliyanın paytaxtı Braziliada baş verən kütləvi iğtişaşlar zamanı azı 400 nəfər saxlanılıb.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin federal dairəsinin qubernatoru İbaneys Roşa açıqlayıb.
Onun sözlərinə görə, kütləvi iğtişaşlarda iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, ötən gün Braziliyanın sabiq Prezidenti Jair Bolsonarunun tərəfdarları ölkə parlamentinə, ali məhkəməyə və dövlət başçısının iqamətgahına daxil olub. Belə ki, Bolsonaru tərəfdarları onun ötən il keçirilən prezident seçkilərindəki məğlubiyyətini qəbul etmirlər və onun hakimiyyətə qayıtmasını tələb edirlər. İnsident zamanı ölkə Prezidenti Lula da Silva ölkədə olmayıb. Onun andiçmə mərasimi isə yanvar ayında baş tutub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar