Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyə yenə düşməninə meydan oxudu - "Ağlınızı başınıza yığın..."

Baxılıb: 425     Tarix: 09-01-2023 16:05   

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə Dəniz Qüvvələri Komandanlığında yoxlamalar aparıb.

Musavat.com xəbər verir ki, Hulusi Akar diqqətçəkən və mühüm açıqlamalar verib.
Türkiyə ilə Yunanıstan arasındakı böhrana toxunan nazir problemlərin həlli və gərginliyin aradan qaldırılması üçün dinc vasitə və üsulların, həmçinin dialoqun vacibliyini vurğulayıb.


Akar Yunanıstanın Türkiyəni “neo-osmanlıçılıq”, “revizionizm” və “ekspansionizm” kimi anlayışlarla ittiham etmək cəhdlərinə reaksiya verib: “Bu anlayışlardan, xüsusilə Qərbdə siyasi qərar verənləri çaşdıracaq şəkildə istifadə edib Türkiyəni töhmət altında qoymağa çalışırlar. Biz deyirik ki, bir tərəfdən məsləhətləşmələr gedir, digər tərəfdən etimad tədbirləri çərçivəsində danışıqlar aparılır. Gözləyirik, onlar gəlmir. Bununla belə, yalan və əsassız iddialarla bizə qarşı hər cür böhtan atırlar”.


Yunanıstanın işğal cəhdinin milli mübarizə ilə dayandırıldığını xatırladan türkiyəli nazir deyib: "1919-cu ildə bəzi ölkələrin təşviqi və təxribatı ilə Yunanıstanın Anadoluya qarşı işğal cəhdi milli mübarizə ilə dayandırıldı. Biz onlara deyiril ki, tarixdən dərs alın, çətinliyə düşməyin, yeni macəralara atılmayın. Başqa ölkələrin hüquq və mənafeləri üçün öz xalqınızın hüquq və mənafeyini hədər etməyin. Yunanıstan tərəfindən təxribata uyub haqqımızın tapdalanmasına icazə verməyəcəyik. Bu mövzuda qətiyyətliyik”.

Hulusi Akar Yunanıstana xəbərdarlıq edərək deyib ki, Afina ağlını başına yığmalıdır: "Səhv hesablamalar etməyin, yanlış yollara getməyin və tarixdən dərs alın. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın və qərarınızı verin"

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar