Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsrail Livanın hava və dəniz sərhədlərini pozub

Baxılıb: 437     Tarix: 10-01-2023 11:13   

Livan ordusu İsrailin pilotsuz təyyarə və döyüş gəmisi ilə hava və dəniz sərhədlərini pozub.
Qanunvehedef.az xəbər verir ki, Livan ordusundan sərhəd pozuntuları ilə bağlı iki yazılı açıqlama verilib.
İlk açıqlamada İsrailə məxsus pilotsuz təyyarənin ölkənin cənubundakı Ramiyə və Mərvahin qəsəbələri arasında 20 dəqiqə uçduğu və daha sonra işğal olunmuş ərazilərə geri döndüyü bildirilib.
İkinci açıqlamada ölkənin cənubundakı Ras Nakura bölgəsindəki Livanın ərazi sularının döyüş gəmisi tərəfindən yarıldığı açıqlanıb.
Hər iki pozuntunun Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri ilə koordinasiyalı şəkildə izləndiyi vurğulanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar