Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"İsrailin Fələstin bayrağı ilə mübarizəsi onun çıxılmaz vəziyyətini göstərir" - Davud Şihab

Baxılıb: 571     Tarix: 10-01-2023 11:30   

Fələstinli qruplar İsrailin ictimaiyyət qarşısında Fələstin bayrağını qadağan etməsinə reaksiya verib.
Qanunvehedef.az xəbər verir ki, Həmas sözçüsü Əbdüllətif əl-Kanu verdiyi yazılı açıqlamada İsrailin mühafizəkar sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin Fələstin bayrağını ictimai yerlərdə qadağan etmə qərarının irqçilik olduğunu deyib.
Kanu işğalçı qüvvələrin Fələstinin milli kimlik simvollarını aradan qaldırmağa yönələn bu cəhdinin əvvəlkilər kimi iflasa uğrayacağını bildirib.
"Fələstin bayrağı tarixi torpaqlarımıza bağlılığımızın və varlığımızın simvolu olaraq qalacaq" ,- deyə Kanu qeyd edib.
İslami Cihad Hərəkatının sözçüsü Davud Şihab da İsrailin işğalçı rejim olduğunu vurğulayıb.
"İsrailin Fələstin bayrağının dalğalanması ilə mübarizəsi onun çıxılmaz vəziyyətini göstərir. Fələstin xalqı İsrailin qəddar siyasətinə boyun əyməyəcək. İşğalçıların təzyiq və hədə-qorxularına təslim olmayacaqlar " ,- deyə Davud Şihab bildirib.
Mücahidlər Hərəkatının sözçüsü Mumin Əziz, ekstremist baxışlarını ifadə edən yeni İsrail hökumətinin qərarını irqçi addım kimi qiymətləndirib.



{sape_links}{sape_article}