Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gürcüstan “Buk” zenit-raket komplekslərini Ukraynaya qaytarmayacağını açıqlayıb

Baxılıb: 463     Tarix: 10-01-2023 13:35   

“Gürcüstan “Buk” zenit-raket komplekslərini 2008-ci ildə alıb və pulsuz olmadığından Ukraynaya qaytarmayacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynanın “Evropeiska Pravda” nəşri yanvarın 9-da Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun məqaləsini dərc edib. Məqalədə qeyd olunub ki, Ukrayna Gürcüstandan “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Diplomat bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib. A.Kasyanov deyib ki, ABŞ öz razılığını verib və Gürcüstanı daha yeni sistemlərlə əvəz etməyə hazır olub.
O, 2022-ci ilin dekabr ayının əvvəlində bəyan etmişdi ki, Kiyev Tbilisidən dəfələrlə hərbi və ya ikili təyinatlı texnikanın ötürülməsini xahiş edib, lakin müraciətlərə məhəl qoyulmayıb. Diplomat vurğulayıb ki, Ukrayna Gürcüstandan da elektrik generatorları istəyib. Dekabrın sonunda Gürcüstan hökuməti 25 elektrik generatoru alıb və onları Ukrayna tərəfinə təhvil verib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar