Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Türkiyə, Rusiya və Ukrayna arasında yaradılan humanitar dəhlizin detalları açıqlanıb

Baxılıb: 571     Tarix: 16-01-2023 13:32   

"İstanbul şəhəri Rusiya-Ukrayna toqquşması zonasında yaralılar üçün açılması nəzərdə tutulan humanitar dəhlizin mərkəzinə çevrilə bilər".
“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç deyib.
Onun sözlərinə görə, yaralıların sayı konket olaraq açıqlanmayıb: “İstanbulda dəhliz açılacaq. Amma bunun hava, quru, yaxud dəniz yolu ilə olacağı hələ ki məlum deyil: "Xatırladım ki, yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların Beynəlxalq Konfransı çərçivəsində Rusiyanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Dmitri Lubinetsin iştirakı ilə üçtərəfli görüş olub. Ukrayna 800, Rusiya 200 yaralı hərbçinin siyahısını təqdim edib. Ankarada nümayəndələr arasında aparılan danışıqlar zamanı faktiki olaraq hazırlıq işlərinə başlanılıb. Bu, humanitar dəhlizlərlə bağlı təşəbbüsün həyata keçirilməsinə gətirib çıxara bilər”.
Ş.Malkoç həmçinin Rusiya və Ukrayna tərəfini ən qısa zamanda prosesin icrasına başlamağa çağırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar