Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyədə ölən xilasedici it üçün anım mərasimi keçirildi - Fotolar

Baxılıb: 398     Tarix: 17-02-2023 12:10   

Türkiyədə zəlzələdən sonra Meksikadan gələn qrupla birgə axtarış-xilasetmə işləri zamanı ölən Proteo adlı itin nəşi ölkəsinə aparılıb. 
Qanunvehedef.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən Proteonun nəşini də özləri ilə aparıblar.
Felipe Angeles Beynəlxalq Hava Limanında Proteo ilə bağlı xüsusi anım mərasimi təşkil edilib. Proteonun nəşinin olduğu tabut Meksika bayrağına sarılaraq aparılıb.
Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən Proteo adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. Proteo Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Quatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib.
Meksikadan gələn axtarış-xilasetmə qrupu Adıyamanda 7 gün ərzində 4 nəfəri sağ olaraq xilas edib, daha 29 nəfərin cəsədini isə dağıntılar altından çıxarıb.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər