Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Pakistandan Türkiyəyə 8200 çadırı daşıyan ikinci gəmi yola düşüb

Baxılıb: 668     Tarix: 09-03-2023 11:34   

Pakistandan Türkiyədə zəlzələdən zərər çəkənlərə 8200 qış çadırı daşıyan ikinci gəmi yola düşüb.
Qanunvehedef.az xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) verilən açıqlamaya görə, Türkiyə və Suriyaya çatdırılmaq üçün 65 konteynerə yüklənmiş 1221 ton yardım materialı daşıyan mülki yük gəmisi Karaçini tərk edib.
8200 qış çadırı olan 41 konteyner Türkiyəyə, 24 konteynerdə 15 min ərzaq bağlaması isə Suriyaya çatdırılacaq.
Mülki yük gəmisinin 23-24 mart tarixlərində Mersin limanına çatacağı gözlənilir.
NDMA tezliklə Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım daşımaq üçün çarter yük reyslərinə başlayacaq.
Pakistan Hərbi Dəniz Qüvvələrinin Türkiyədəki təbii fəlakət qurbanları üçün 1000 ton yardım daşıyan ilk gəmisi fevralın 28-də Kəraçidən yola düşüb.
Pakistan qurudan və havadan Türkiyəyə 7 min qış çadırı və 33 mindən çox ədyal göndərmişdi.
Bundan əlavə, Al Khidmat Foundation, Edhi Foundation, Beytus Salam Welfare Foundation, Sailani Welfare Foundation və Pakistan Qızıl Aypara da Türkiyədə müxtəlif yardım fəaliyyətləri həyata keçirir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar