Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ərdoğanın Nobel sülh mükafatına namizədliyini o da təklif etdi

Baxılıb: 661     Tarix: 17-03-2023 10:11   

Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.
Qanunvehedef.az xəbər verir ki, siyasətçi bu təkliflə Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edib.
Berdiməhəmmədov qeyd edib ki, artıq 22 ildir görkəmli şəxsiyyət və dünyamiqyaslı siyasi xadim Ərdoğanla yaxından tanışdır.
Onun fikrincə, Türkiyə Prezidenti tək öz xalqı üçün deyil, həm də bütün müsəlman xalqlarının sülh şəraitində yaşaması üçün böyük işlər görür.
“Bundan irəli gələrək Türkiyə Respublikası Prezidentinin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi təklif olunur və biz hamımız bütün müvafiq qərarları tam dəstəkləyirik. O bu beynəlxalq mükafata layiq rəhbərdir”, - Türkmənistanın eks-rəhbəri deyib.
Xatırladaq ki, daha əvvəl Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani və s. siyasətçilər analoji təkliflə çıxış ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet AZ
Redaktor seçimi
Çox oxunanlar