Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Baydendən İrlandiyada qəribə çağırış - Video

Baxılıb: 714     Tarix: 14-04-2023 10:33   

İctimaiyyət qarşısında çıxışı zamanı yol verdiyi səhvlərə görə daima müzakirə olunan ABŞ Prezidenti Co Bayden yenidən gündəmə gəlib.
Qanunvehedef.az-ın məlumatına görə, ABŞ lideri bu dəfə İrlandiyada çıxışı zamanı dediyi sözlərə görə müzakirə obyektinə çevrilib.
Belə ki, Bayden nitqinin sonunda tədbir iştirakçılarını “dünyanı yalamağa” çağırıb.
“Sağ olun, Allah sizi qorusun. Gəlin... Gəlin dünyanı yalayaq. Gəlin bunu edək!” – deyə o, nitqini bitirib.
ABŞ Prezidentinin bununla nə demək istədiyi isə aydın olmayaraq qalıb. Bunun ardınca sosial şəbəkələrdə Baydenin bu çağırışının məsxərəyə qoyulduğu paylaşımlar edilib.
Xatırladaq ki, 80 yaşlı Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.





{sape_links}{sape_article}