Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Küveyt parlamenti yenidən buraxılır

Baxılıb: 543     Tarix: 18-04-2023 12:45   

Küveytin vəliəhd şahzadəsi Məşəl əl-Əhməd əs-Sabah Konstitusiya Məhkəməsinin ötən ay çıxardığı qərar əsasında bərpa edilən parlamentin (Milli Assambleya) buraxılacağını və yaxın aylarda yeni seçkilərin təyin ediləcəyini bildirib.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, OPEK üzvü olan ərəb dövləti maliyyə islahatlarına mane olan hökumət ilə parlament arasında uzunsürən fikir ayrılıqları ilə mübarizə aparır.
Vəliəhd bildirib ki, seçkilərdən sonra siyasi-hüquqi islahatlar həyata keçiriləcək və islahatlar hökumətlə parlament arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına, qanunvericilik və icra hakimiyyətlərinin sui-istifadələrinə yol verilməməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə yönələcək.
Qeyd edək ki, parlament qarşıdurmaya son qoymaq məqsədilə keçən il buraxılmışdı və 2022-ci ilin sentyabrında müxalifətin qazandığı erkən seçkilər keçirilmişdi. Bu ilin martında isə Konstitusiya Məhkəməsi Milli Assambleya seçkilərinin nəticələrini etibarsız sayaraq, üzvləri 2020-ci il seçilmiş parlamentin tərkibini bərpa edib.
Küveyt siyasi partiyaları qadağan etsə də, siyasi sabitlik ənənəvi olaraq hökumət və parlament arasında əməkdaşlıqdan asılı olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
mostbet
Redaktor seçimi
Çox oxunanlar